Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

24 saatdan az müddət ərzində “Windows 8”-in 500 mindən çox sürəti yüklənib


“Microsoft” şirkəti bu günlərdə əməliyyat sistemi ilə tanış olmağı arzu edən tərtibatçılar (developer), həmçinin entuziastlər (bütün qüvvəsilə, böyük şövq və həvəslə işləyən adam) üçün öz növbəti əməliyyat sistemini – “Windows 8”-in ilk versiyasını təqdim edib.

Qeyd etmək lazımdır, bu, kifayət qədər natamam quraşdırılmadır, hətta beta-versiya da deyil, “Microsoft” tərəfindən dəstəklənmir və aktivləşdirmə tələb etmir.

“Microsoft” şirkətinin icraçı direktoru Stiv Ballmer Kaliforniyada keçən “BUİLD 2011” konfransında çıxışı vaxtı bildirib ki, 24 saatdan az müddət ərzində “Windows 8 Developer Preview” yüklənmələrinin sayı 500 mini ötüb.

Bu, ictimaiyyətin yeni əməliyyat sisteminə olan marağının göstəricisidir. “Windows 8 Developer Preview” quraşdırılması “Windows 7” ilə işləyən kompyuterlərə quraşdırıla bilər.

Bu quraşdırılma nəticəsində nasazlıqlardan, avadanlığın pis dəstəyindən və əməliyyat sisteminin test versiyasının digər xüsusiyyətlərindən çəkinməyən entuziastlər artıq təcrübədə yeni “Metro” interfeysi, stolüstü interfeysə hansı dəyişikliklərin edildiyi, “Başla” düyməsi olmadan işləməyin nə qədər rahat olduğu haqqında məlumat əldə edə bilərlər.




17/09/11    Çap et