Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə “Microsoft Techday” onlayn konfransı keçiriləcək


Dünyanın aparıcı İT şirkəti “Microsoft” dekabrın 10-da “Microsoft Techday” onlayn konfransını keçirəcək. 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, bu dəfə “Microsoft TechDay” konfransının bütün məruzəçiləri kənar şirkətlərdən olan ekspertlər və mütəxəssislər  olacaq.
 
Onlar “Microsoft” texnologiyalarının müxtəlif ssenarilər üzrə tətbiqi və geniş imkanları haqda fikirləri, real layihələrdə əldə etdikləri təcrübələrini bölüşəcəklər və istifadə etdikləri “Microsoft” həllərinin maraqlı texnoloji aspektlərindən danışacaqlar.
 
Onlayn konfrans çərçivəsində geniş çeşiddə “PowerShell”dən və müştəri işçi stansiyalarının idarə edilməsindən başlayaraq “bulud” sistemi və “Windows Server 2016”-nın imkanlarınadək mövzular müzakirə ediləcək.
 
Aynur Vəliyeva




05/12/15    Çap et