Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IBM” şirkəti Bakıda informasiya texnologiyaları sahəsinin mütəxəssisləri üçün seminar keçirəcək


Bakıda dekabrın 9-da informasiya texnologiyaları (İT) sahəsinin  mütəxəssisləri üçün nəzərdə tutulmuş "IBM Middleware & Analytics Day" seminarı keçiriləcək.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "IBM" şirkətinin təşkil etdiyi seminarda effektivliyin artırılması və optimallaşma məsələləri nəzərdən keçiriləcək.
 
Tədbir çərçivəsində iqtisadi qeyri-stabillik şəraitində "IBM" məhsullarının üstünlükləri, biznesdə dəyişiklik , xərcləri ixtisar etmək, müştərilərlə iş təcrübəsinin unikallığını təmin etmək və şirkətin gəlirini artırmaq yolları müzakirə ediləcək.
 
Aynur Vəliyeva




08/12/15    Çap et