Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformatika olimpiadalarına seçim internet üzərindən aparılacaq


İnformatika üzrə respublika və başqa səviyyəli olimpiadalara seçim məktəblilərin "http://informatika.edu.az/" internet portalında qazandıqları reytinq əsasında aparılacaq.
 
Portal təhsil müəssisələrinin istedadlı gəncləri üçün proqramlaşdırma üzrə onlayn olimpiadaların təşkilati-metodik təminatı məqsədilə istifadəyə verilib. Onu Təhsil Nazirliyinin dəstəyi ilə "Bakı" nəşriyyatı hazırlayıb.
 
Bu sayt proqramlaşdırma üzrə olimpiadalar üçün məsələlərdən və özəl yoxlayıcı moduldan (sistemdən) ibarətdir. Proqramlaşdırma üzrə qapalı və açıq yarışlarda iştirak etmək imkanı var.
 
Yarışlara qatılmaq, məsələləri yoxlanmaya göndərmək üçün öncə qeydiyyatdan keçmək lazımdır.
 
 
 
Həqiqət İSABALAYEVA




09/12/15    Çap et