Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir ayda 50 minə yaxın mobil cihazın standartlara uyğun olub-olmadığı yoxlanılıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) göstərdiyi daha bir xidmətin noyabr ayındakı istifadə statistikası bəlli olub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay 49457 mobil cihazın standartlara uyğun olub-olmaması  “Elektron hökumət” portalı üzərindən yoxlanılıb.
 
Bu, RYTN-in “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidməti vasitəsi ilə həyata keçirilir.
 
CAHANGİR
 




10/12/15    Çap et