Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə sahəsindən sonra ən çox sosial müdafiə məsələləri ilə bağlı e-xidmətlərə maraq göstərilib


Sosial müdafiə məsələrinə dair elektron xidmətlər öz aktuallıqlarını qoruyub saxlayıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, noyabr ayında “Elektron hökumət” portalı vasitəsi ilə elektron xidmətlərindən istifadə statistikasına görə, birinci yerdə qərarlaşan Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) sonrakı mövqelərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dövlət Sosial Müdafiə Fondu (DSMF) yer alıb.
 
Siyahıda ikinci olan ƏƏSMN-in xidmətlərinə ötən ay 182346 dəfə müraciət edilib.
 
Xidmətlərinin istifadə sayına görə üçüncü mövqedə qərar tutan  DSMF-nin göstərdiyi xidmətlərdən isə ay ərzində 102497 dəfə istifadə olunub.
 
Qeyd edək ki, ƏƏSMN-in 13, DSMF-nin 17 e-xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub.
 
CAHANGİR




11/12/15    Çap et