Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Müsəlmanlar üçün yeni axtarış resursu hazırlanıb


İranlı mütəxəssislər "Google Earth"ə rəqib hazırlayıblar. "Basar" adlandırılacaq proqramın üstünlüklərindən biri müsəlmanların bu proqram vasitəsilə istədikləri yerdə qiblənin istiqamətini müəyyən edə bilmələridir.

Həmin proqramı dünyanın müxtəlif ölkələrində rahatlıqla istifadə etmək mümkün olacaq. İranın "Mehr" informasiya agentliyinin verdiyi məlumata görə, "Google Earth"ün rəqibi bu ayın sonlarında istifadəyə verilə bilər.

"Basar" istifadəyə verildikdən sonra isə "Google Earth"ün İranda yayımı dayandırılacaq.




19/09/11    Çap et