Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Saxo Bank” gələn il üçün “start-up”larla bağlı məyusedici proqnozlar verib


Onlayn treydinq və investisiya üzrə ekspert sayılan “Saxo Bank” gələn il üçün proqnozlarını açıqlayıb. Ehtimala görə, lazımi diqqət ayrılmayan 10 iqtisadi hadisə ilə 2016-cı ildə maliyyə bazarları ağır fəsadlarla üzləşə bilər.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, proqnozlarda 2016-cı ildə Silikon vadisinin 2000-ci il təcrübəsini təkrarlayacağı ehtimal olunur. Bir çox “start-up”ların maliyyə baxımından maddi biznes modellərinin formalaşdırılmasında ləngimələrlə üzləşəcəyi qeyd edilir.
 
Təqdim olunan proqnozlar hər zaman olduğu kimi, müxtəlif bazarları əhatə etməklə bir çox mövzulara toxunur: neft qiymətlərindən tutmuş, Rusiya valyutasının bivalyuta səbəti ilə nisbətdə yüksəlməsi, Olimpiya oyunlarının Braziliya iqtisadiyyatına təsiri və s.-dək.
 
 
Aynur Vəliyeva





16/12/15    Çap et