Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın arxiv fondlarının məlumat sisteminə elektron çıxış imkanı yaradılıb


Azərbaycanın arxiv fondlarının məlumat sisteminin elektronlaşdırılması başa çatıb.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, milli arxiv fondunun elektron fond kataloqu Milli Arxiv İdarəsinin (MAİ) rəsmi saytında açıq elan edilib.
 
Bu sistemdə MAİ-nin tabeliyində fəaliyyət göstərən respublika dövlət arxivlərində, dövlət arxivinin filiallarında mühafizə edilən hər bir fondun məcmusu, onun xronoloji dövrü və mövzusu haqqında məlumatlar əks olunub.
 
İstifadəçilər sistemdən yararlanmaqla müvafiq fondlar haqqında, eləcə də həmin fondların hansı arxivdə mühafizə edilməsi barəsində dəqiq məlumat ala bilərlər.
 
CAHANGİR





24/12/15    Çap et