Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messenceri artıq tamamilə ödənişsizdir


"WhatsApp" mobil proqramı artıq tamamilə ödənişsiz oldu. 2014-cü ildə "Facebook" şirkəti tərəfindən satın alınmış eyni adlı şirkət 0,99 dollar məbləğində illik abunə haqqını ləğv edib.

"WhatsApp messencerinin bir çox istifadəçisində hətta bank kartı mövcud deyil və onlar birinci ildən sonra öz dost və qohumları ilə əlaqəni itirməkdən narahatdırlar" – "WhatsApp" şirkətinin rəsmisi deyib və əlavə edib ki, bir neçə həftə ərzində bütün platformalarda ödəmə haqqı ləğv ediləcək. Şirkətdən bildirilib ki, abunə haqqının ləğvi reklamdan istifadə anlamına gəlmir, belə ki, reklam əvvəlki kimi olmayacaq. "İstifadəçilər reklamsız və spamsız "WhatsApp" messenceri ilə ünsiyyət saxlamağa davam edəcəklər" – şirkətin nümayəndəsi deyib.

"ICTnews" Elektron Xəbər Xidmətinin  məlumatına əsasən, hazırda "WhatsApp" messencerinin auditoriyası 1 milyarda yaxınlaşıb.

Emil Hüseynov





18/01/16    Çap et