Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android İce Cream Sandwich” platforması oktyabrın sonunda çıxacaq


“İce Cream Sandwich” kod adlı “Android” əməliyyat sistemi bir ay ərzində “Google” şirkəti tərəfindən elan edilə bilər.

Bundan əvvəl “Google” şirkətinin İdarə heyətinin sədri Erik Şmidt qeyd etmişdi ki, “İce Cream Sandwich” platforması payızın sonuna kimi çıxacaq.

İndi daha dəqiq tarix açıqlanıb: “Adam” planşet kompyuterinin istehsalçısı “Notion Ink” şirkəti iddia edir ki, təqdimetmə oktyabr ayının sonunda olacaq.

Yeni “Android” əməliyyat sistemi ilə işləyən ilk qurğular isə, ehtimal edilir ki, noyabr ayında çıxacaq. “İce Cream Sandwich”-in çıxarılışı, həmçinin “Android” platformasının bölünməsi problemini həll edəcək.

Yeni platformadan müxtəlif tip qurğularda (smartfon və planşet) istifadə etmək mümkün olacaq. Belə olan halda isə, “Google Android”-in 2 qolunun paralel inkişafından imtina edə biləcək.




20/09/11    Çap et