Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kanadada qatlanan smartfonun prototipi yaradılıb


Kanadanın Kinqston Kral Universitetinin "Human Media Lab” laboratoriyasının tədqiqatçıları fiziki qatlanmanın köməyi ilə idarə oluna bilən smartfon prototipini təqdim ediblər. Qurğu, həmçinin smartfonlar üçün ənənəvi ekrana toxunuş texnologiyasını dəstəkləyir.

“ICTnews” Elektron Xəbər Xidməti “ROSBALT” resursuna istinadən yazır ki, “ReFlex” “https://www.youtube.com/watch?v=Sfc_Peev660” adlanan qurğu “Android 4.4” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir və “LG” şirkətinin istehsalı olan elastik “OLED” ekranla təchiz edilib. Ekranın arxasında smartfonun əyilmə gücünü müəyyənləşdirən ötürücülər yerləşir.

Mütəxəssislərin sözlərinə görə, belə mexaniki interfeysin toxunuş hissi və ya səslə birləşməsi əlavələrdə mexaniki qatlanmadan kifayət dərəcədə dəqiq istifadəyə imkan verir.

Nizam Nuriyev 





18/02/16    Çap et