Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

50 il müddətində fasiləsiz işləyə bilən nüvə batareyasının prototipi yaradılıb


Rusiyalı alimlər fasiləsiz 50 il işləmək qabiliyyətinə malik olan nüvə batareyasının prototipini təqdim ediblər. Belə batareyalar tibb sahəsindən raket istehsalına kimi sahələrdə tətbiq edilə bilər. Nüvə batareyasında enerji materialı qismində nikel-63 izotopundan istifadə edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “itar-tass.com” saytına istinadən yazır ki, məlumata görə, rusiyalı alimlər nüvə batareyasında elektron mənbəyi kimi "nikel-63" izotopundan istifadə ediblər və sözügedən materialın şüalanması canlı orqanizmlərə zərər vurmur.

Yenilik nüvə energetikası, mikroelektronika, biotibbi, aviakosmik elektronika kimi sahələrdə tətbiq edilə bilər. Alimlərin yeni həllinin böyük potensialı var, çünki uzun müddət işləyə bilən etibarlı enerji təchizatına tələbat kifayət qədər yüksəkdir.

Emil Hüseynov





05/03/16    Çap et