Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər çox qənaətcil maqnit çipi yaradıblar


“Science Advances” jurnalında dərc edilmiş məqaləyə əsasən, ABŞ-ın Berkli Universitetində çalışan alimlər tərəfindən yaradılmış maqnit çipi müasir kompüterlərdə işlədilən tranzistorlarla müqayisədə informasiyanın emalına milyon dəfə daha az enerji sərf edir.

“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, tədqiqat müəlliflərindən biri olan Ceffri Bokorun sözlərinə görə, müasir elektronikanın problemlərindən biri enerji sərfiyyatı və çox qızma sayılır. Bokor öz həmkarları ilə birgə bu göstəricini maksimum azaltmaq üsulunu axtarıb.

Berkli Universitetində işləyən alimlər maqnit bitindən istifadəyə qərar veriblər. Bu halda "0" və ya "1" simvollarını elektron axını deyil, nanozərrəciklərdə maqnitləşmənin istiqaməti idarə edir. Sınaqlar nəticəsində bir informasiya bitinin emalı üçün 4 zeptocoul sərf edilib ki, bu da indiki kompüterlərə lazım olan enerjidən min, bəzən milyon dəfə daha azdır.

Emil Hüseynov





14/03/16    Çap et