Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avtomobillərin nömrə nişanlarında elektron informasiya daşıyıcıları yerləşdiriləcək


Azərbaycanda yaxın gələcəkdə avtomobillərin dövlət nömrə nişanlarında elektron daşıyıcılar yerləşdiriləcək. Elektron daşıyıcılar vasitəsilə həmin avtomobil və nömrə ilə bağlı bütün məlumatları oxumaq mümkün olacaq.

Elektron daşıyıcılar nömrənin saxta olub-olmamasını, həmin avtomobilə məxsusluğunu, avtomobil və nömrəyə aid bütün məlumatları öyrənməyə imkan verəcək. Qeyd edək ki, əvvəllər dövlət nömrə nişanlarında bir neçə yeniliklər olmuşdu.

İndi dövlət nömrə nişanlarının üzərində olan Azərbaycanın dövlət bayrağı dalğalı formada deyil, artıq düzbucaq formasında vurulur. Həmçinin, nömrənin üz qabığı işığı əks etdirir.




20/09/11    Çap et