Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni bankomat mühafizə sistemi nümayiş olunub


ABŞ-ın "Diebold" bankomat istehsalçısı bu gün Kopenhagendə (Danimarka) başlayan "Money 20/20 Europe" konfransında yeni bankomat mühafizə konsepsiyasını nümayiş etdirib.

"ICTnews" Elektron Xəbər Xidməti "Payspacemagazine" resursuna istinadən yazır ki, "CryptoTouchTM" proqramı istifadəçinin bankomat ekranına daxil etdiyi PİN-kod məlumatlarını şifrləməyə imkan verir. Bu həllə tələb bankomat və ödəniş terminalı istehsalçıları mexaniki klaviaturadan imtina edərək sensorlu klaviaturadan istifadəyə keçməyə başladıqdan sonra yaranıb.

Proqram bank kartı sahibləri üçün bankomat və ödəniş terminallarından təhlükəsiz istifadəni təmin edəcək. PİN-kodun şifrlənməsi sayəsində fırıldaqçılar ondan cinayət məqsədilə istifadə edə bilməyəcəklər.
Əlavəni 2014-сü ildə "Diebold"un mülkiyyətinə keçən "Cryptera" şirkəti hazırlayıb. Şirkət ödəniş təhlükəsizliyi, o cümlədən PİN-kodun şifrlənməsi texnologiyası sahəsində aparıcı proqram təminatı tədarükçüsüdür.

Nizam Nuriyev 





04/04/16    Çap et