Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın bütün dövlət idarələri ilin sonunadək lisenziyalı proqram təminatına keçəcək


Azərbaycanın bütün nazirlik və idarələri ilin sonunadək lisenziyalı proqram təminatına keçəcəklər.

Bu barədə jurnalistlərə Azərbaycanın "Ultra" şirkətinin rəhbəri Zaur Məmmədzadə məlumat verib. Layihə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həyata keçirilir.

Mayda Azərbaycan hökuməti "Microsoft" ilə rəsmi saziş imzalayıb. Sazişlə nəzərdə tutulmuş bütün dövlət təşkilatları yalnız rəsmi lisenziyası olan proqram təminatından istifadə etməlidir.

Bu saziş ölkədə proqram təminatının pirat nüsxələrindən istifadəni minimuma endirmək məqsədilə imzalanıb.

Sazişin bir hissəsi kimi, Azərbaycan hökuməti "e-Government" elektron xidmətini təsis etmə öhdəçiliyi götürüb ki, pirat nüsxələrdən istifadə ilə bağlı meydana gələn riskləri azaltsın və vətəndaşlara, ticarət nümayəndələri və dövlət qulluqçularına göstərilən xidmətin keyfiyyətini yüksəltsin.




21/09/11    Çap et