Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“3D” printerdə çap edilən hidravlika nümayiş olunub


ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun informasiya texnologiyaları və süni intellekt laboratoriyasının tədqiqatçıları "3D" printerdə eyni anda bir neçə materialın çap edilməsi ilə yaradılan hazır hidravlik hissələrin işini nümayiş etdirən video dərc ediblər. Bu barədə hesabatın "ICRA 2016" konfransında təqdim edilməsi nəzərdə tutulur.  

"ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, mütəxəssislər çap üçün müxtəlif xüsusiyyətli materialların verildiyi bir neçə ucluğa malik "Objet260 Stratasys" printerindən istifadə ediblər. Bir neçə ucluğun mövcudluğu sayəsində printer eyni zamanda korpusun hidravlik hissəsinin sərt və elastik hissələrini çap edə və mayeni dərhal doldura bilir ki, bunun da nəticəsində sonradan maye ilə doldurma və vurulma tələb olunmur.   

Dərc edilmiş videoda mütəxəssislər əvvəllər çap edilmiş qurğuların iş qabiliyyətini nümayiş etdiriblər. Məsələn, nümunələr arasında tək elektromotorla hərəkətə gətirilən dişli çarxlı hidravlik maşın - geksapod, eləcə də ayrı-ayrı hidravlik aktuator qurğuları nümayiş etdirilib.

Qeyd olunur ki, mütəxəssislərin metodu ayrıca sistemin ənənəvi montajı ilə əldə olunması qeyri-mümkün olan hidravlik sistemlər yaratmağa imkan verir. Bundan başqa, belə istehsal üsulu mayenin çap prosesində printerin içərisinə doldurulmasına görə əlavə əmək tələb etmir.  




Nizam Nuriyev 




07/04/16    Çap et