Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın vaxtlarda “WhatsApp” messencerinə yeni funksiyalar əlavə ediləcək


“Phone Radar” resursunun məlumatına görə, “WhatsApp” messencerinə səsli poçt, "zəng etmək" və “ZIP” formatlı faylların dəstəklənməsi kimi yeni funksiyalar əlavə ediləcək.

Messencerin yaradıcıları buraxılmış çağırışların diqqətdən kənarda qalmaması üçün "zəng etmək" düyməsinin əlavə edilməsini planlaşdırırlar. Mobil proqramı açmadan bu funksiyadan istifadə etmək mümkün olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, səsli poçt iki mərhələdən ibarət olacaq: səsli mesajın yazılması və zəng zamanı adresata göndərilmə.

Bundan başqa, messencerdə “zip” formatında arxivlərin göndərilməsi dəstəyi əlçatan ola bilər. İndiki versiya “pdf”, “vcf”, “docx” və “docs” formatında sənədlərin göndərilməsinə imkan verir.

Çoxdan gözlənilən videozənglər haqda hələ ki məlumat verilmir. Bu yaxınlarda məlum olub ki, “WhatsApp” messenceri məlumatları kənar müdaxilədən mühafizə etmək üçün istifadəçilərin mesajlarını şifrləməyə başlayıb.

Emil Hüseynov





02/05/16    Çap et