Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk onlayn bloqçular şəbəkəsi istifadəyə verilib


“İrəli” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi “www.weblog.az” bloqçular şəbəkəsi saytını təqdim edib. İstənilən bloqçu şəbəkəyə qoşulmaqla böyük bloqçular ailəsinin bir üzvünə çevrilə bilər.

Bloq sahibi şəbəkə vasitəsilə fikirlərini daha geniş kütləyə çatdırmaq, bloq yarışmalarına qatılmaq, səsvermə sistemi vasitəsilə yazılarının nə dərəcədə bəyənildiyi haqda məlumat almaq imkanı qazanır.

Oxucular isə bloqçular arasında daha aktual məsələləri və çox oxunan mövzuları izləyə biləcəklər. “Weblog” – Azərbaycanın ilk onlayn bloqçular şəbəkəsidir.




21/09/11    Çap et