Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook Messenger”də özü silinən mesaj funksiyası əlçatan olacaq


“Facebook Messenger” messencerinin test versiyasında istifadəçilər göndərilən mesajın qəbul edən tərəf üçün silinmə vaxtını müəyyən edə bilərlər.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, yaxın gələcəkdə sözügedən mobil proqramın istifadəçiləri mesajın 1 dəqiqə,  15 dəqiqə, 1 saat, 4 saat və ya 1 gün sonra silinməsi ilə bağlı seçim imkanı əldə edəcəklər.

“Facebook” bu cür yeniliklərlə istifadəçilərə öz şəxsi kommunikasiyalarına daha yaxşı nəzarət etməyə imkan verir.

Emil Hüseynov





04/05/16    Çap et