Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni texnologiya enerjidən asılı olmayan evlərin yaradılmasını reallaşdıracaq


Avstraliyadan olan mühəndislər qrupu analoqları arasında maksimum effektivliyə malik zəhərsiz nazik plyonkalı günəş batareyaları hazırlayıb. Yeni texnologiya günəş işığından əldə olunan enerji sayəsində öz enerji sərfiyyatını görən evlərin yaradılması imkanını bir az da yaxınlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “chrdk.ru” saytına istinadən yazır ki, Avstraliyada yerləşən Yeni Cənubi Uelsin Universitetindən olan tədqiqat qrupu kesterit mineralı əsasında hazırlanan nazikqatlı günəş batareyaları üçün enerji dəyişiklikləri üzrə rekord effektivliyə nail olub.

Süni kesterit (CZTS) – mis, qalay, sink və kükürddən ibarət mürəkkəb sulfiddir. Alimlər “CZTS” əsasında nazikqatlı günəş batareyaları üçün enerji dəyişikliyi üzrə rekord effektivliyə nail olublar: 1 sm2 materiala 7,6%. Tədqiqat müəllifləri hesab edirlər ki, bu texnologiya şüşə, fasad və binaların kirəmitinə quraşdırmaq üçün ucuz elastik fotoelektrik elementlərin yaradılmasına imkan verəcək.

Emil Hüseynov





05/05/16    Çap et