Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Tap” daşınan qurğusu klaviatura və “maus”u əvəz edəcək


"Tap Systems" şirkətinin mühəndislərinin yaratdığı "Tap" daşınan aksesuarı təkcə mətnin qoşulan və ya ekran klaviaturası olmadan tez daxil edilməsi üçün alternativ üsul deyil, həm də ayrıca virtual reallıq kontrolleri kimi təqdim edilir.

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, 31-dək basılma jestini tanıya bilən elastik manipulyator beş barmağın hərəkətini qeydə alır, müvafiq proqram təminatı isə onları "Bluetooth" ilə qoşulan qurğu üçün komanda halına gətirir.

"Tap" vasitəsilə əzəm çapını öyrənməyə gəldikdə, "TapGenius" proqramı qurğunun erqonomik xüsusiyyətləri ilə təxminən 2 saata tanış olmağa kömək edir. Proqram tərtibatçıları qurğunun oyunlarda tətbiqi üçün onun inteqrasiyasını sadələşdirəcək və virtual reallıqla interaktiv əlaqəni təmin edəcək müvafiq proqram kompleksi hazırlayacaqlar.

Kontroller gözləmə rejimində 72 saat aktiv istifadə zamanı 4 saatlıq avtonom iş üçün hesablanmış, quraşdırılmış akkumulyatorla təchiz edilib.

"Tap"ın beta testinə yaxın iki ayda başlanması planlaşdırılır. Layihənin uğurlu olacağı təqdirdə qurğunun bu il kommersiya istehsalına başlanılması gözlənilir.

Nizam Nuriyev 







17/05/16    Çap et