Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniya alimləri “Rubik kubiki”nə oxşar modullu ekran yaradıblar


Böyük Britaniyanın Bristol Universitetinin tədqiqatçılar qrupu formasını dəyişən sensor ekran prototipi təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “Cubimorph” adlanan qurğu tərəfləri miniatür sensor ekran olan kubik modullarından ibarət zəncirdir. Modullar bir-birinə nisbətdə bütün istiqamətlərdə dönə və yerini dəyişə bilirlər ki, bu da qurğuya, demək olar, istənilən formanı, o cümlədən smartfon və ya oyun kontrolleri formasını almağa imkan verir.   

Hazırda ilkin prototip mərhələsində olan qurğunun təkmilləşdirilmiş versiyasının təqdimatı bu həftə Stokholmda keçirilən robot texnikası üzrə beynəlxalq konfransda olacaq.

Nizam Nuriyev







19/05/16    Çap et