Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Panasonic” maye-kristal ekranların istehsalını dayandırır


Yaponiyanın “Panasonic” şirkəti zərərlə işləyən maye-kristal televizor ekranları (LCD) istehsalını tam dayandırmaq niyyətində olmasını açıqlayıb. Belə ekranların istehsalına 2010-cu ildə başlanılsa da, Çin və Cənubi Koreya istehsalçıları ilə rəqabətə dözməyərək gəlirli sahə kimi özünü doğrultmayıb.  

“ICTnews” Elektron Xəbər Xidməti "Euronews” resursuna istinadən yazır ki, buna baxmayaraq şirkətin “LCD” displeylər istehsalı üzrə zavodu avtomobillər üçün cihaz panelləri və tibbi avadanlıqlar üçün idarəetmə panellərinin istehsalını davam etdirəcək. Lakin burada istehsalın ümumi həcminin dörd dəfə azalacağı gözlənilir.

Yaponiya istehsalçısının maye-kristal displey istehsalından imtina etməsi ilə bağlı xəbər yayıldıqdan sonra “Panasonic”in Tokio Fond Birjasında səhmlərinin qiyməti artmağa başlayıb.

Nizam Nuriyev  





01/06/16    Çap et