Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Zərərli proqram təminatının aktivliyi 5 dəfə artıb


“Kasperski laboratoriyası” 2014-2016-cı illər üzrə zərərli proqram təminatının aktivliyi ilə bağlı öz hesabatını dərc edib. Onun məlumatına görə, son ildə istifadəçi kompüterlərinin zərərli proqram təminatı vasitəsilə yoluxması halları 5 dəfə artıb.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən xəbər verir ki, araşdırmaya əsasən, zərərli proqram təminatının (əməliyyat sistemi bloklayıcıları daxil olmaqla) ümumi artımı 17% təşkil edib. Ədədlə ifadə etsək, virusa yoluxmaların sayı 1.97-dən 2.3 milyonadək artıb.

Hərçənd ki aşkarlanmış zərərli proqramların sayı dünya miqyasında böyük təhlükə kimi görsənmir, ancaq unutmaq lazım deyil ki, bu, yalnız bir antivirus şirkətinin statistikasıdır. “Trend Micro” şirkətinin məlumatına əsasən, son 6 ayda şirkət kompüterlərin zərərli proqram təminatı vasitəsilə yoluxması üzrə 100 mindən çox cəhdin qarşısını alıb.

Emil Hüseynov





24/06/16    Çap et