Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər “5D” printeri icad ediblər


Geridə qoyduğumuz illər ərzində "3D" printerlərin populyarlığı xeyli artıb. Bu gün sözügedən texnologiyanın köməyi ilə yalnız sadə detallar deyil, həm də mürəkkəb konstruksiyalar hazırlanır. Bu halda alim və mühəndislər artıq mövcud olan texnologiyaları təkmilləşdirmək barədə düşünürlər. Bu günlərdə "Mitsubishi Electric Research Laboratories"in mütəxəssisləri "5D" printer yaradıblar.

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən xəbər verir ki, "Mitsubishi Electric Research Laboratories" tərəfindən hazırlanmış "5D" printer yüksək möhkəmliyə malik detallar hazırlamağa imkan verir.

"Mitsubishi Electric Research Laboratories"in mütəxəssisləri iddia edirlər ki, eyni materiallardan istifadə zamanı "5D" printerdə yaradılmış məhsul 5 dəfə daha möhkəmdir və onların istehsalı üçün 25% daha az plastik lazımdır.

Emil Hüseynov







29/06/16    Çap et