Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regional Rabitə Birliyi fəal əməkdaşlığa görə Azərbaycan poçtunu təltif etdi


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC Regional Rabitə Birliyi (RRB) ilə fəal əməkdaşlıq etdiyinə görə bu qurum tərəfindən diplomla təltif olunub.
 
Qeyd edək ki, mütəxəssislərimiz mütəmadi olaraq bu təşkilatın ayrı-ayrı iclaslarında, seminarlarında, treninqlərində və işçi qruplarının işində fəal iştirak edir və təcrübə mübadiləsi aparırlar. Eyni zamanda RRB-yə daxil olan  digər ölkələrin mütəxəssisləri də Azərbaycanın rabitə və telekommunikasiya sahəsindəki təcrübəsindən yararlanırlar.
 
Moskvada 1991-ci ildə yaradılmış RRB MDB ölkələrinin rabitə administrasiyalarını birləşdirən bir təşkilatdır və tərkib hissəsi 18 nəfərdən ibarətdir.

Azərbaycanın Poçt Administrasiyasının rəhbəri hazırda RRB-nin Poçt Rabitəsi Komissiyasının sədridir.
 
Dəfələrlə bu təşkilatın Poçt Rabitəsi Komissiyasının və Poçt Operatorları Şurasının iclasları Bakıda keçirilib.
 







22/07/16    Çap et