Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən etibarlı və etibarsız sərt disklər bəlli olub


“Backblaze” “bulud” provayderi ən etibarlı və etibarsız sərt disklər üzrə öz reytinqini yeniləyib.

“ICTnews” Elektron Xəbər Xidməti cnews.ru saytına istinadən xəbər verir ki, “HGST” modelləri ən etibarlı sərt disk adına layiq görülüb. Bu şirkət 2012-ci ildə “Western Digital” tərəfindən satın alınıb və indiyədək sonuncunun bölməsidir.

“Western Digital” (“WD”), “Seagate” və “Toshiba” şirkətlərinin sərt disk modelləri qarışıq nəticələr göstərib. Məsələn, “WD” şirkətinin modellərindən birində imtina əmsalı 2.9%, digərində isə 9% təşkil edib. “Seagate” şirkətinin sərt disklərində də müvafiq vəziyyət qeydə alınıb. “Toshiba”da müvafiq göstərici 1.7-4.5% civarındadır.

Emil Hüseynov





05/08/16    Çap et