Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Populyar brauzerlər “Flash” texnologiyasından imtina edir


“Google” şirkəti “Chrome” brauzerində “Flash” texnologiyanın dəstəyinin dayandırılacağını rəsmən bəyan edib. “Mozilla Firefox” brauzerinin tərtibatçıları da müvafiq bəyanat veriblər.

“ICTnews” Elektron Xəbər Xidməti mail.ru saytına istinadən yazır ki, “Flash” internetdə geniş istifadə olunan texnologiyadır. Lakin sözügedən texnologiya veb səhifələrin 90%-ni həddən artıq yükləyir, nəticədə veb səhifələrin yüklənməsinə xeyli vaxt sərf olunur. Bundan başqa, “Flash” texnologiyasında müntəzəm olaraq kritik boşluqlar aşkar edilir ki, bu da hakerlərə istifadəçi məlumatlara müdaxilə etməyə imkan verir.

“Google”un nümayəndələri bildiriblər ki, sentyabrda istifadəyə veriləcək “Chrome 53” versiyasında “Flash” texnologiyası bloklanacaq. “Mozilla” konkret müddət bildirməyib. Ancaq tərtibatçılar  iddia edirlər ki, “Flash”dan imtina  brauzerin işləməsində ləngimə və başqa problemlərin yaranmasını 10% azaldacaq.
“HTML5” texnologiyasından istifadə brauzerin işini sürətləndirəcək, çünki səhifəni daha effektiv təsvir edir. Populyar resursların əksəriyyəti “HTML5”i dəstəkləyir.

Emil Hüseynov





10/08/16    Çap et