Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kibertəhlükəsizliyin ən zəif olduğu region bəlli olub


ABŞ-ın "Mandiant" şirkəti kiberfırıldaqçılıq üzrə tədqiqat apararaq Asiyada əksər təşkilatların kiberhücumlardan pis mühafizə olunduğunu açıqlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Payspacemagazine" resursuna istinadən yazır ki, tədqiqata görə, hücum və onun ifşa olunması arasında günlərin orta sayı 520 təşkil edir ki, bu da digər ölkələr üzrə orta göstəricidən 3 dəfə çoxdur.

Həmçinin Asiya ölkələrinin başqa dünya ölkələri ilə müqayisədə kiberfırıldaqçılar üçün daha çox "cəlbedici" olması bəlli olub.

Asiya şirkətlərinə qarşı həyata keçirilən hər kiberhücumda 3,7 qiqabayta yaxın məlumat oğurlanıb. Lakin insidentlərin əsas hissəsi regionda informasiya sızmasını tənzimləyən hüquqi bazanın hazırlanmamasına görə açıqlanmayıb.

"Mandiant" şirkətinin texniki şöbəsinin rəhbəri Qreydi Sammersin sözlərinə görə, Asiyada kibertəhlükəsizliklə bağlı vəziyyət narahatlıq doğurur.

Tədqiqat çərçivəsində "Mandiant" Asiya şirkətlərindən birinin təhlükəsizliyini yoxlamaq üçün onun şəbəkəsinə kiberhücum təşkil edərək 3 gün ərzində sistemi tam ələ keçirib.

Nizam Nuriyev 




26/08/16    Çap et