Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yayın ən güclü smartfonlarının reytinqi açıqlanıb


Mütəxəssislər populyar "AnTuTu" resursunda avqustun yekunlarına görə, ən güclü smartfonların yeni reytinqini açıqlayıblar.

"ICTnews" Elektron Xəbər Xidməti "Rossiyskaya Qazeta" resursuna istinadən yazır ki, siyahıda lider "OnePlus 3" smartfonu olaraq qalır. İkinci yerdə "vivo Xplay 5 Elite", üçüncüdə "LeEco Le2 Max" qərarlaşıb. Dördüncü, beşinci və altıncı yerləri müvafiq olaraq "Nubia Z11", "ZUK Z2 Pro" və "Xiaomi Mi5" qurğuları tutub. "Samsung Galaxy S7" yeddinci pillədə yer almaqla səkkizinci yerdə olan "iPhone 6s" modelini geridə qoyub.

Ən məhsuldar smartfonlar onluğunda iyul reytinqində olmayan yeni qurğular da yer alıb. Belə ki, doqquzuncu yeri metal korpuslu və ikikameralı "360 Q5 Plus", onuncunu "HTC 10" smartfonu tutub. Qeyd edilən qurğular "ZTE Axon 7" və "iPhone SE" modellərini mövqelərindən sıxışdırıblar.

Nizam Nuriyev 





06/09/16    Çap et