Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“eBay” və “Facebook” irimiqyaslı əməkdaşlıq elan edəcəklər


“Facebook” sosial şəbəkəsi və “eBay” elektron ticarət nəhəngi birgə tezliklə yeni layihə həyata keçirməyi planlaşdırırlar.

Məlumata əsasən, yeni layihənin təqdimatı “eBay” şirkətinin “X.commerce İnnovate” adlı konfransında olmalıdır. Konfrans 2 həftə sonra keçiriləcək.

“eBay” nümayəndələrinin sözlərinə əsasən, yeni “X.commerce” platforması tərtibatçılar üçün “eBay”, “PayPal”, “Magento” və “GSİ Commerce” sistemlərinin bütün elementlərini birləşdirməlidir.

Bu platformanın işə salınması zamanı digər iri xidmətlərin “eBay” şirkətinin partnyoru olacağı gözlənilir.




26/09/11    Çap et