Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nizami Gəncəvinin şərəfinə yeni marka çap olunub


Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə yeni marka çap olunub.

“Azərmarka”şirkətinin prezidenti İntiqam Bağırlının “İCTNews”ə verdiyi məlumata görə, Belorus Respublikasında yüksək keyfiyyətlə çap olunan marka dövriyyəyə buraxılıb. Yüz min tirajla çap olunan markaların nominal dəyəri 30 qəpikdir.

Qeyd edək ki, filatelistlərin kolleksiyasının zənginləşdirilməsində yenilik olan marka, eyni zamanda, məktubların üzərinə vurularaq bütün dünyaya yayılacaq.




26/09/11    Çap et