Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hər gün 300 mindən çox kompüter virusunun nümunəsi yaradılır


Hər gün informasiya məkanında 300 mindən çox zərərli proqram təminatı nümunəsi yaradılır – "Kasperski Laboratoriyası"nın strateji layihələr direktoru Andrey Yarnıx bildirib.

"ICTnews" Elektron Xəbər Xidməti "Planet-today.ru" saytına istinadən yazır ki, mütəxəssisin sözlərinə görə, son 10 ildə kibernetika hücumlarının miqyası iki yüz dəfədən çox artıb.

"Hələ 2006-cı ildə hər gün yaradılan virusların sayı 1500-ü ötmürdü. 2016-cı ildə bu göstərici artıq 300 min təşkil edir" – Yarnıx bildirib və əlavə edib ki, 1994-cü ildə yeni kompüter virusu hər saat, 2006-cı ildə artıq hər dəqiqə, 2016-cı ildə isə hər saniyə peyda olub.

Kompüter virusları xüsusilə bank seqmenti üçün böyük təhlükədir. Belə ki, cari ilin ikinci rübündə "Kasperski Laboratoriyası"nın proqram məhsulları bir milyondan çox kompüterdə vəsaitlərin oğurlanmasının qarşısını alıb.

Emil Hüseynov





28/09/16    Çap et