Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BTRİB bankomatların işində heç bir problem yaratmayıb


“Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) şəbəkəsində baş vermiş texniki nasazlıqlar üzündən paytaxtdakı əksər bankomatların işini dayandırması barədə mətbuatda gedən məlumat yanlışdır”. Bu barədə “ictnews”-a birliyin texniki direktoru Rəsul Qurbanov açıqlama verib.

“BTRİB tərəfdən heç bir texniki problem yoxdur və “AzeriCard” da bu barədə araşdırma apardıqdan sonra açıqlama verməli idi. Bakıda bankomatlara müxtəlif banklar və müxtəlif stansiyalardan xidmət göstərilir”. 

R.Qurbanov “AzerCard”dan ümumiyyətlə, onlara bu barədə hər hansı məlumat verilmədiyini deyib.

“AzeriCard”da isə bu məsələ barədə məlumatsız olduqlarını bildiriblər. "Hər hansı problem yoxdur. Bankomatlar adi qaydada işləyir”.

Qeyd edək ki, bankomatların ümumi sayından 1112 ədəd Bakıda, 890 ədədi isə regionlardadır.




26/09/11    Çap et