Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinin qalibləri müəyyənləşdi


Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
 
İclasda 1 iyul 2016-cı il tarixində elan edilən növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış layihələrlə bağlı yekun qərar verilib.

Elektron xidmətlərin inkişafı, infrastrukturun təkmilləşdirilməsi, innovativ həllər üzrə layihələrin qəbul edildiyi bu qrant müsabiqəsinə ümumilikdə 121 layihə təqdim olunub.
 
Bu layihələrdən  112-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub.  Kompleks ekspertizaya təqdim olunan 112 layihədən isə 61-i müsbət rəy alıb. 

Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 61 layihədən sonda  29 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.
 
  
Beləliklə, qrant müsabiqəsinin qalibləri və ayrılan qrant məbləğlərini təqdim edirik. 

 Qeyd edək ki, Fondun Müşahidə  Şurasının qərarı ilə 29 layihəyə ümumilikdə 395 000 AZN qrant vəsaiti ayrılıb.  
 
Layihənin adı Məbləğ

 
1 Science Publishing Support 14 000
 
2 VRoom 15 000
 
3 tagWishes 14 000
 
4 MISGAR.AZ 15 000
 
5 WeCare 16 000
 
6 Shopster 12 000
 
7 İntelektual Multi bələdiçi 15 000
 
8 "E-cəmiyyətə sən də qoşul" 15 000
 
9 Öyrən, Tətbiq et, Qazan 15 000
 
10 "Media-info" 18 000
 
11 Profitable Trader 12 000
 
12 TechSOS 14 000
 
13 Wand 12 000
 
14 Hüquq.Online 14 000
 
15 Rəqəmsal ekspertiza laboratoriyasının qurulması 15 000
 
16 Azerbaijan Travel Guide 14 000
 
17 Comfortab 10 000
 
18 MyStyle 10 000
 
19 Startup.az 15 000
 
20 www.hmc.az 12 000
 
21 Texnologiyaların transferi mexanizminin təkmilləşdirilməsində veb resurlarının işlənilməsi və tətbiqi 12 000
22 İELTS öyrənək 12 000
 
23 "Ana dilinin tədrisi" layihəsi 18 000
 
24 Smart Keyboard 12 000
 
25 Aqromarketing 10 000
 
26 ObaNatur elektron sifariş-təchizat sisteminin qurulması 15 000
 
27 www.enjoymingo.az  12 000
 
28 Magic Words 15 000
 
29 Futbolçuları qeydiyyat sisteminə innovativ əlavələr 12 000
 

 




21/10/16    Çap et