Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün “Google”-un ad günüdür


Bu gün nəhəng axtarış sistemi “Google”-un 13 yaşı tamam olur. Stenford Universitetinin tələbələri Larri Peyc və Sergey Brin tərəfindən əsası qoyulan şirkət “BackRub” adlı axtarış sisteminin əsasında yaradılıb.

Şirkətin adı bir və yüz ədəd sıfırdan ibarət sayı ifadə edən (10 üstü 100) “googol” ingilis sözünün təhrif olunmuş formasıdır. “Google.com” domeni 1997-ci il sentyabrın 15-də qeydiyyatdan keçmişdir.

Yeni yarandığı dövrlərdə çox da məşhur olmayan “Google” sonradan güclü bir şirkətə çevrildi və hazırda dünya axtarış sistemləri arasında birinci yerdədir.

www.ict.az




27/09/11    Çap et