Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Telekom” Azərbaycan Super Liqasının II turunda da qələbə qazanıb


Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının II turunda "Telekom" komandası səfərdə "Azərreyl" ilə qarşılaşıb. "Telekom" bu oyunda 3:2 hesabı ilə qalib gəlib.
 
Oyunun ilk iki seti bərabər mübarizədə keçsə də, hər iki set 26:24 hesabı ilə "Azərreyl"in xeyrinə bitib.
 
Üçüncü setdə qonaqlar ruhdan düşməyərək, toparlanaraq 25:20 hesabı ilə inamlı qələbə qazanıb. "Telekom" oyunun 4-cü setində üstünlüyü daha da artıraraq 25:14 hesabı ilə rəqibi üstələyib.
 
Gərgin mübarizə şəraitində keçən 5-ci set 13:15 bitərək "Telekom" komandasına "Azərreyl" üzərində 3:2 hesabı ilə qələbə qazandırıb.
 
"Telekom"un bu oyunda ən məhsuldar oyunçuları Marqarita Əzizova (18 xal), Yelizaveta Səmədova (15 xal) və Jovana Vesoviç (14 xal) oldular.
 
Turun digər qarşılaşmasında "Azəryol" "Lokomotiv" üzərində 3:0 (25:16, 25:11, 25:15) hesabı ilə qalib gəlib.
 
Xatırladaq ki, ilk turda "Telekom" "Azəryol" komandasını 3:1 hesabı ilə məğlub etmişdi.





14/11/16    Çap et