Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” şirkəti yeni smartfon təqdim edib


“Huawei” şirkəti “Honor” smartfonunu təqdim edib. Yenilik “Android” mobil əməliyyat sisteminin 2.3.5 versiyası əsasında işləyəcək.

Qurğu birnüvəli 1.4 QHz takt tezlikli prosessora, 4 düymlü “FWVGA” kəskinlikli (854x480 piksel ) ekrana, 8 meqapiksel kameraya və ön hissədə yerləşəcək 2 meqapiksel kameraya, 512 MB əməli yaddaş tutumuna və 4 Qb fləş yaddaşa malik olacaq. Qurğu “3G” şəbəkədə işləyəcək və “DLNA”-nı dəstəkləyəcək.




28/09/11    Çap et