Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnsan bədəninin hərarəti ilə enerji toplayan superkondensator icad olunub


Müasir daşınan elektronika bir çox müsbət xüsusiyyətlərə malik olsa da, amma bəzi nüsxələr (məsələn, “ağıllı” saatlar) mühüm çatışmazlığa malikdir: akkumulyatorun şarjı tez bitir. Texas A&M Universitetinin alimləri tərəfindən yaradılmış yeni superkondensator tipi həm şəbəkə, həm də insan bədəninin hərarəti ilə enerji toplamaq qabiliyyətinə malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, alimlər qrupuna doktor Çuonq Yu rəhbərlik edir. Kondensator “Thermally Chargeable Solid-state Supercapacito” adlandırılıb. Belə tip qurğu daşınan elektronikada standart batareyaları tamamilə əvəz edə bilər.

Yeni qurğunun qalınlığı təxminən 3-4 mm-dir və elastikdir. Termodiffuziya xüsusiyyəti əsas iş prinsipidir. Termodiffuziya hesabına temperaturun təsiri ilə ionlar daha isti tərəfdən daha soyuq tərəfə yerini dəyişdirir və bu hadisə nəticəsində yaranan elektrokimyəvi potensial superkondensatorun şarjını təmin edir.

Emil Hüseynov





23/11/16    Çap et