Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakının poçt qutuları yenilənir


"Azərpoçt" MMC-nin poçt şöbələrinə yeni və müasir poçt qutuları qurulacaq. Artıq Bakının bir neçə poçtunun qarşısında yeni qutular quraşdırılıb. Yeni poçt qutuları müasir səviyyədə hazırlanmış, beynəlxalq standartlara uyğun avadanlıqlardır.

Gələcəkdə Azərbaycanın rayonlarında da yeni poçt qutuları quraşdırılacaq. Yeni poçt qutuları poçt sisteminin yenidənqurma işləri çərçivəsində həyata keçirilir. Ölkəmizdə poçt sistemi tamamilə yenilənir.

Poçt sisteminin yeni müasir informasiya texnologiyaları ilə təmin olunması, yeni bank xidmətləri göstərilməsi, o cümlədən poçt qutularının yenilənməsi bu ardıcıllığın tərkib hissəsidir.

Qeyd edək ki, müasir poçt qutularının özəlliyi ondan ibarətdir ki, həmin qutular günəş enerjisi yığaraq gecələr işıqlanma yaradır.




28/09/11    Çap et