Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” Avropanın 25 ölkəsində mağaza istifadəyə verib


“Apple” şirkəti öz “iBookstore” onlayn mağazasını daha 25 ölkədə istifadəyə verib. Yeni mağazalar Avstriya, Belçika, Bolqarıstan, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İsveç və İsveçrədə yerləşir.

Məlumat üçün qeyd edək ki, əvvəllər “iBookstore” xidmətindən yalnız ABŞ, Britaniya, Fransa, Almaniya, Avstraliya və Kanada istifadəçiləri istifadə edə bilərdi.




29/09/11    Çap et