Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti yeni nəsil “Exynos” prosessorunu təqdim edir


“Samsung” şirkəti portativ qurğularda istifadə üçün nəzərdə tutulmuş “Exynos 4212” prosessorunun istehsalı barədə məlumat verib.

“Exynos 4212” tərkibinə 1.5 QHz takt tezlikli 2 “Cortex-A9” hesablama nüvəsi və qrafik kontroller daxildir.

1080p formatında yüksək dəqiqlikli videonun kodlaşdırma/dekodlaşdırılması əməliyyatlarının icra edilməsinin sürətləndirilməsi üçün aparat vasitələri var; “HDMİ 1.4” interfeysi dəstəklənir.

“Samsung” şirkəti iddia edir ki, 32 nanometr texnologiya ilə hazırlanacaq prosessor əvvəlki nəsil, 45 nanometr texnologiya ilə hazırlanan məmulatlar ilə müqayisədə məhsuldarlığın 25% artımını və enerji istehlakının 30% azalmasını təmin edir.

“Exynos 4212” prosessorlarının tədarükləri dördüncü rübdə başlanacaq. Yeni prosessorun güclü smartfon və planşet kompyuterlərdə tətbiq olunacağı gözlənilir.




30/09/11    Çap et