Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Brauzerlərdə avtotamamlama funksiyasından istifadə fərdi məlumatların oğurlanması ilə nəticələnə bilər


Bir çox müasir brauzerlərdə avtotamamlama funksiyası mövcuddur. Bu, son dərəcə rahatdır, çünki istifadəçi hər dəfə öz məlumatlarını, telefon nömrəsini, ödəmə kartının rekvizitləri daxil etmək məcburiyyətində qalmır. Amma finlandiyalı tərtibatçı Vilyami Kuosmanen aşkar edib ki, “Chrome”, “Safari” və “Opera” brauzerlərində avtotamamlama funksiyasından istifadə zamanı saytlar yalnız sorğulanan informasiyaya deyil, həm də istifadəçinin bütün məlumatlarına giriş əldə edə bilər. Məsələn, saytda ad və elektron poçt ünvanının daxil edilməsi üçün sahələr ola bilər, amma bu halda hakerlərə yaşayış ünvanı, telefon nömrəsi və hətta kredit kartının rekvizitlərindən ibarət məlumatlar göndəriləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, beləliklə, “Chrome”, “Safari” və “Opera” brauzerlərində, həmçinin “LastPass” kimi plaqinlərdən istifadə zamanı son dərəcə ehtiyatlı olmaq lazımdır.

Emil Hüseynov





13/01/17    Çap et