Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” sistemi üçün "HummingWhale” adlı virus aşkar edilib


Ötən il aşkar edilmiş mürəkkəb “HummingBad” zərərverici proqram təminatı yenidən özünü göstərib. “Check Point” şirkətinin tədqiqatçıları zərərli proqram təminatının “HummingWhale” adlandırılmış yeni versiyasını “Google Play” internet mağazasında 20-dən çox mobil tətbiqdə aşkar ediblər. Ekspertlərin hesablamasına görə, bu proqram təminatı artıq bir neçə milyon dəfə yüklənilib.

“ICTNews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, “HummingWhale” virusunun yaradıcıları ona daha güclü imkanlar əlavə ediblər. Qurban zərərverici prosesi aşkar edərək onu ləğv etmək istədikdə “HummingWhale” özünü virtual maşında buraxaraq aşkaretməni çətinləşdirir.

Zərərverici proqram təminatı qurbanın sisteminə quraşdırıldıqdan sonra virusa yoluxdurulmuş qurğuya “C&C” serverdən fırıldaqçı reklam və proqramlar göndərilir. “HummingBad” versiyasından fərqli olaraq “HummingWhale” proqramların icrası üçün super istifadəçi imtiyazı tələb etmir.

Emil Hüseynov





26/01/17    Çap et