Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DSMF gələn il tam şəkildə elektron pensiya sisteminə keçir


Dövlət Sosial Müdafiə Fondunun elektron pensiya sisteminə tam keçməsi gələn il ərzində nəzərdə tutulub. Bu barədə açıqlamanı fondun sədri Səlim Müslümov verib.

S.Müslümov qeyd edib ki, Azərbaycanda elektron pensiya sisteminə tam keçildikdən sonra pensiya təminatında bu qədər işçinin çalışmasına ehtiyac qalmayacaq: “Bu səbəbdən ən azı 40%-dək işçilərin ixtisar olunması məsələsi meydana gələcək”.

Onun sözlərinə görə, DSMF-nin yerli orqanlarında çalışanların sayı elə də çox deyil: “Onlar 4 müxtəlif sahə üzrə proseslər həyata keçirir. Bütün regionlarda yerli işçilərin avtomatlaşdırılmış iş rejiminə keçmişik”.




30/09/11    Çap et