Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” hesabını “USB” açarın köməyi ilə müdafiə etmək olacaq


“Facebook” şirkəti “YubiKey” və başqa “USB” açarların köməyi ilə hesaba giriş dəstəyini aktivləşdirib. ”USB” kart kompüterin portuna taxıldığı halda “SMS” kod və parolun daxil edilməsini tələb etmədən hesaba avtomatik girişi təmin edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti hitech.vesti.ru saytına istinadən yazır ki, həmçinin heç bir əlavə proqram təminatı quraşdırmaq lazım deyil. Sosial şəbəkənin sazlanmasında “USB” açarın köməyi ilə müdafiəni aktivləşdirmək mümkündür.

Fiziki təhlükəsizlik açarı “Facebook” sosial şəbəkəsində hesabın ən güclü müdafiəsini təmin edir. Bu üsul mobil proqram və iki mərhələli avtorizasiya ilə müqayisədə daha təhlükəsizdir, həmçinin “fişinq” və "insan ortada" tipli hücumlara qarşı dayanıqlıdır. Yeganə narahatlıq odur ki, istifadəçi breloku həmişə öz üzərində gəzdirməlidir.

Emil Hüseynov





30/01/17    Çap et