Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” proqramının köhnə versiyaları 1 mart tarixindən işləməyəcək


Son zamanlar proqram və ya əməliyyat sistemlərinin köhnə versiyaları üçün dəstəyin dayandırılması ilə bağlı xəbərlər tez-tez yayılır. Bu, əksər hallarda köhnə proqramlarda yeni funksiyaların reallaşdırılmasının qeyri-mümkünlüyü və ya aşağı təhlükəsizlik səviyyəsi ilə izah olunur. Əgər siz Skype” proqramının “Windows” və ya “Mac” əməliyyat sistemləri üçün “köhnə quraşdırmalarından istifadə edirsinizsə, o zaman 1 mart tarixindən həmin quraşdırmaların dəstəyi dayandırılacaq. Bu haqda “Microsoft” şirkəti öz rəsmi bloqunda yazıb.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, "biz müştərilərimizin “Skype” proqramından problemsiz istifadəsi üçün mütəmadi düzəlişlər edirik. 1 mart tarixindən “Skype” proqramının köhnə versiyalarından (“Windows” üçün 7.16 və aşağı versiyalar, “Mac” üçün 7.0-dan 7.18-dək ) istifadə edənlər sistemə daxil ola bilməyəcəklər. Əgər siz belə istifadəçilərdən birisinizsə, o zaman yeniləməni yükləmək lazımdır" – “Microsoft” şirkətinin rəsmisi deyib.

Emil Hüseynov





06/02/17    Çap et