Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bitki mənşəli maddələr əsasında “DVD” və “BluRay” formatlarını üstələyən daşıyıcı yaradılıb


“Rostex” şirkətinin tərkibinə daxil olan "Roselektronika" holdinqinin mütəxəssisləri tərəfindən bitki mənşəli maddələr əsasında yaradılmış optik məlumat daşıyıcısı “CD”, “DVD” və “BluRay” formatlarını üstələyir.

"Yeni hazırlanmış məlumat daşıyıcıları tutumuna, oxuma sürətinə görə mövcud “CD”, “DVD” və “BluRay” formatlarını üstələyir" - şirkətin nümayəndəsi deyib.

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, yığcam disk şəklində hazırlanmış yeni daşıyıcıda saxlanılan informasiyanın ümumi tutumu 1 terabayt, oxuma sürəti saniyədə 12 qiqabit ola bilər, halbuki standart “BluRay” formatında müvafiq göstərici 50 qiqabayt və saniyədə 576 meqabitdir.

Bitki mənşəli maddələr əsasında yaradılmış daşıyıcıda informasiyanın yazılması prinsipi mövcud optik disklərdə olduğundan fərqlidir.

Emil Hüseynov





08/02/17    Çap et